Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda ötən ay vergi ödəyicilərinə xidmət mərkəzlərində 62 mindən çox şəxs qəbul edilib - BBN

Azərbaycanda ötən ay vergi ödəyicilərinə xidmət mərkəzlərində 62 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar ayında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 62 331 şəxs qəbul edilib və onlara 106 239 sayda xidmət göstərilib.

Məlumata görə, ümumi elektron xidmətlərin 59,7 %-ni 9 xidmət növü təşkil edib (şifahi və hazır sənədlərin verilməsi istisna olmaqla):

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

  • “ASAN İmza” sertifikatlarının verilməsi;

  • Vergi ödəyicilərinə arayışların verilməsi;

  • Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;

  • Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;

  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

  • Fiziki şəxslərin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 2,9 minə yaxın yazılı müraciət cavablandırılıb, 6,4 milyondan çox məlumatlandırma xarakterli bildiriş (məktub) göndərilib.

Dövr ərzində 691 vergi ödəyicisinin iştirakı ilə 40 görüş keçirilib, 494 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, məlumatlandırma məqsədilə vergi ödəyicilərinin mobil nömrələrinə 243 mindən çox SMS göndərilib.

Mənbə: Report.az

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı