
Bu ilin yanvar ayında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 62 331 şəxs qəbul edilib və onlara 106 239 sayda xidmət göstərilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 59,7 %-ni 9 xidmət növü təşkil edib (şifahi və hazır sənədlərin verilməsi istisna olmaqla):
-
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
-
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
-
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
-
“ASAN İmza” sertifikatlarının verilməsi;
-
Vergi ödəyicilərinə arayışların verilməsi;
-
Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
-
Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
-
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
-
Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 2,9 minə yaxın yazılı müraciət cavablandırılıb, 6,4 milyondan çox məlumatlandırma xarakterli bildiriş (məktub) göndərilib.
Dövr ərzində 691 vergi ödəyicisinin iştirakı ilə 40 görüş keçirilib, 494 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, məlumatlandırma məqsədilə vergi ödəyicilərinin mobil nömrələrinə 243 mindən çox SMS göndərilib.
Mənbə: Report.az





