Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir - BBN

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

 

Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, patentlərin idarə olunması və lisenziyalaşdırma mexanizmlər üzrə mövcud hüquqi və institusional çərçivənin uyğunsuzluq və boşluqlar baxımından təhlili həyata keçiriləcək.

BBN.az xəbər verir ki, bu çərçivədə “Patent haqqında” qanunda dəyişikliklərin edilməsi ehtimalına dair araşdırmalar aparılacaq və zərurət yaranarsa, müvafiq qanun layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Bu tədbirlərin sentyabra qədər tamamlanması planlaşdırılır.

Bununla yanaşı, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə də təhlillər aparılacaq və ehtiyac olduğu halda yeni qanun layihəsi hazırlanacaq.

Açıq elm və süni intellekt texnologiyalarının tətbiqi fonunda yaranan risklərin, etik təsirlərin və ekoloji uyğunluğun beynəlxalq təcrübə əsasında ilkin qiymətləndirilməsi də aparılacaq.

Eyni zamanda, patentlə qorunan sənaye mülkiyyəti obyektlərindən elmi-tədqiqat istiqamətində istifadə üçün qanunvericilikdə istisnaların müəyyən edilməsinə hazırlıq görüləcək.

Qeydiyyata alınmış əmtəə nişanlarından istifadə ilə bağlı hüquq sahibinin öhdəlik götürməsi tələbinin də qanunvericilikdə təsbit olunması nəzərdə tutulur.

Bu tədbirlərin icrası Əqli Mülkiyyət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmin ediləcək.

Related posts

Azərbaycan Mərkəzi Bankı 2 Apreldə Faiz Qərarını Açıqlayacaq

Qlobal Bazarlarda Gərginlik: Neft Kəskin Bahalaşır, Səhm İndeksləri İtirir

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı