Azərbaycanda problemli kreditlərin məbləği 10% azalıb

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 451,7 milyon manat təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 3,2% azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 3,2% artıb, son 1 ildə isə 10,1% azalıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib. Bu nisbət iyunun 1-nə 1,8%, ilin əvvəlinə 1,8%, 2023-cü ilin iyulun 1-nə isə 2,3% olub.

Related posts

Digər bankdakı kreditlərinizi Unibanka gətirin, ödənişiniz sərfəli olsun!

Azərbaycan Respublikasının Mərkəzi Bankında təşkil olunan “Nağd pul ofis”ləri ilə bağlı məlumat

Azərbaycan Respublikasının Mərkəzi Bankının Repo hərracı keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı