Azərbaycanda problemli kreditlərin məbləği 27%-dən çox azalıb

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 490,1 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 17,2% azdır.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Azərbaycanda problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4%, son 1 ildə isə 27,3% azalıb.

Bu il mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib. Bu nisbət aprelin sonuna 2,8%, ötən ilin sonuna 2,9%, ötən il mayın sonuna isə 3,6% olub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı