Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339,4 min manat təşkil edib.

BBN.az DVX-yə istinadən məlumat verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon manat vəsait daxil olub.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 4 milyard 522,6 milyonmanata çatıb.

Ödənilən vergilərin 67,9%-i qeyri-neft-qaz sektorunun, 32,1%-i isə neft-qaz sektorunun payına düşüb.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı