Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” sistemi yeni mərhələnin əsasını qoyur – ekspert - BBN

Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” sistemi yeni mərhələnin əsasını qoyur – ekspert

Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) yaradılması dövlət maliyyəsinin idarə edilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov bildirib.

Ekspert xatırladıb ki, Prezident İlham Əliyevin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə RDMİS-in Əsasnaməsi təsdiq edilib və bu sistemə uzun müddətdir ciddi ehtiyac var idi. Onun sözlərinə görə, sistemin məhz hazırkı mərhələdə qurulması onun müasir texnoloji trendlərə uyğun şəkildə formalaşdırılmasına imkan yaradacaq.

Fərid Kazımov qeyd edib ki, 2026–2027-ci illərdə formalaşdırılacaq sistem süni intellekt texnologiyalarının tətbiqini də nəzərdə tutur. Bu isə əlavə uyğunlaşdırma xərclərinə ehtiyac olmadan daha çevik və effektiv idarəetmə imkanları yaradacaq.

Onun sözlərinə görə, RDMİS dövlətin gəlir və xərclərinin daha dəqiq proqnozlaşdırılmasına şərait yaradacaq: “Müxtəlif tarif dəyişiklikləri və iqtisadi qərarlar təkcə ayrı-ayrı sektorlarla məhdudlaşmır, digər sahələrə də dolayı təsir göstərir. Yeni sistem bu qarşılıqlı təsirləri real vaxt rejimində analiz etməyə və qərarların nəticələrini əvvəlcədən qiymətləndirməyə imkan verəcək”.

Ekspert əlavə edib ki, sistem vasitəsilə dövlət qurumlarının bütün gəlir və xərcləri vahid platformada şəffaf şəkildə izləniləcək, mümkün risklər və kənarlaşmalar operativ müəyyən ediləcək.

F.Kazımovun fikrincə, süni intellekt alətlərinin tətbiqi analitik imkanları yeni səviyyəyə yüksəldəcək. Belə ki, 2026–2030-cu illər üzrə müxtəlif ssenarilər əsasında xərclərin və gəlirlərin iqtisadiyyata təsiri əvvəlcədən modelləşdirilə biləcək. Bu da daha əsaslandırılmış və strateji qərarların qəbuluna xidmət edəcək.

Mütəxəssis vurğulayıb ki, “Rəqəmsal dövlət maliyyəsi” sistemi dövlət maliyyəsinin idarə edilməsində vaxtında atılmış addımdır və ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Related posts

Tramp polad, alüminium və mis idxalına 25% tarif tətbiq etdi

BİTKOİN ÇÖKÜŞDƏ: Trampın İran xəbərdarlığı kripto bazarını “qırmızıya” boyadı!

QLOBAL BAZARLARDA “FIRTINA” ƏVVƏLİ SAKİTLİK: Enerji qiymətləri və dollar indeksi necə dəyişir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı