Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı prioritet hədəfdir

Rəqəmsal iqtisadiyyatın inkişafı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biridir.

BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, bu istiqamətdə qəbul edilmiş 2026–2029-cu illəri əhatə edən Strategiya çərçivəsində rəqəmsal texnologiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqi genişləndiriləcək, müasir bilik və bacarıqların gücləndirilməsi təmin olunacaq, innovativ sahibkarlığın təşviqi ilə rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq.

Qeyd olunub ki, strategiyanın icrası ölkənin iqtisadi potensialının reallaşmasına, eləcə də rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

Related posts

Azərbaycan Prezidenti İlham Əliyevin 22 illik prezidentlik dövründə ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb.

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Qızıl girovu ilə kreditlər niyə daha sərfəlidir? – İqtisadçı açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı