Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinin üzərində AYNA-nın loqosu olacaq - BBN

Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinin üzərində AYNA-nın loqosu olacaq

Azərbaycanda müntəzəm sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi olmalıdır.

BBN.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Məlumata görə, agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

– banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;

– banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.

Related posts

Bələdiyyələrin büdcə gəlirləri artıb

BP ötən il Azərbaycanda sosial layihələrə xərclərini artırıb

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı