İyulun 15-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Azərbaycanda sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması və aparılması” mövzusunda təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Məhəmməd Həsənli aşağıdakı mövzulardan danışacaq:
– Biznesin yaradılması;
– Sahibkarlığın hüquqi formaları;
– Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlar və normativ aktlar;
– yaşıl sahibkarlıq;
– Əməyin təhlükəsizliyi;
– Rəqəmsallaşma və sahibkarlığın gələcək trendləri.
Saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.