Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkəti üzrə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi isə 671,436 milyon manat təşkil edib. Sığorta ödənişləri illik müqayisədə 26,9% artıb.
Beləliklə, 7 ay ərzində sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 66,7 manatı ödənişlərə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.