Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 277,562 milyon manat sığorta haqqı toplanılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.
Hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilmiş ödənişlərin həcmi isə 148,800 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 37 % artım deməkdir.
Beləliklə, ilk iki ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 38,6 manat səviyyəsində olub.
Məlumatlar göstərir ki, sığorta bazarında yığımların cüzi azalmasına baxmayaraq, ödənişlərin artımı sektorun xərclərinin yüksəldiyini nümayiş etdirir.