Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sığortaçılar icbari avto-sığorta riskləri azalır - BBN

Azərbaycanda sığortaçılar icbari avto-sığorta riskləri azalır

2025-ci ildə Azərbaycanda icbari avtomobil sığortası üzrə sığorta haqları 182,11 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 8,6% artım deməkdir.

BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, ödənişlər isə 137,59 milyon manat təşkil edib ki, bu da yığımların təxminən 75,5 faizi qədərdir.

Eyni dövrdə sığorta ödənişləri 137,59 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 5,8% artımdır.

Zərərlilik nisbətinə baxdıqda, 2025-ci ildə ödənişlərin haqlara nisbəti 75,6% olmaqla icbari avto-sığorta sektorunda vəziyyətin şirkətlər üçün bir qədər düzəldiyinə işarədir. Bununla belə, hələ də riskli nisbət kimi qəbul edilir.

2022-ci ildə icbari avtomobil sığortası üzrə haqlar 113,84 milyon manat, ödənişlər 90,28 milyon manat olub. 2023-cü ildə haqlar 170,93 milyon manat, ödənişlər 97,91 milyon manat səviyyəsinə yüksəlib. 2024-cü ildə haqlar 167,71 milyon manat, ödənişlər 129,99 milyon manat olub.

Beləliklə zərərlilik nisbəti 2022-ci ildəki 79,8%-dən 2023-cü ildəki 57,3%-ə düşsə də, 2024-cü ildə yenidən 77,6%-ə qədər qalxmışdı.

Related posts

“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır

İqtisadi Şura və İnvestisiya Holdinqinin birgə iclası keçirilib, neft məhsullarına dair müzakirə aparılıb

BVF: Azərbaycan-Ermənistan sülh razılaşması regiona sərmayələri artıracaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı