Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sığortalanan əkin sahələrinin həcmi artır - Foto - BBN

Azərbaycanda sığortalanan əkin sahələrinin həcmi artır – Foto

Azərbaycanda aqrar sığorta mexanizminin əhatə etdiyi əkin sahələrinin həcmi artır. Aqrar Sığorta Fondunun 2024-cü ilin 1-ci yarım illiyinin nəticələri üzrə açıqladığı rəqəmlərə əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə 384 min hektar əkin sahəsi sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 58 min hektar və ya 18% artıb.

Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, pambıq, eləcə də çəltik, şəkər çuğunduru, fındıq və nar bağları olub.

Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa sahələri təqribən 2 dəfə, buğda sahələri 1,3 dəfə artıb.

2024-cü ilin yanvar-iyun aylarında 11 milyon 183 min manat aqrar sığorta haqları toplanıb. Bu vəsaitdən 10 milyon 189 min manatı bitkiçilik sığortası üzrə ödənilib və əkin sahələrinə ümumilikdə 418 milyon manat sığorta təminatı verilib.

Ümumilikdə sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 430 milyon milyon manata yaxın olub.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.

Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.

Related posts

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Neft bazarında kəskin artım davam edir: İranın Hörmüz təşəbbüsü qiymətləri sərt şəkildə yuxarı qaldırır!

Mizuho Amerika bazarları üzrə “Top Picks” siyahısını yenilədi: Yüksək inam doğuran yeni səhm ideyaları açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı