Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sığortaya yatırılan vəsaitlər 110 mln. manata yaxın artıb - BBN

Azərbaycanda sığortaya yatırılan vəsaitlər 110 mln. manata yaxın artıb

Azərbaycanda sığortaya yatırılan vəsaitlər ötən il 27,3% və ya 108 milyon manat artıb.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, 2022-ci ildə həyatın yaşam sığortası üzrə yığımların həcmi 396,7 milyon manat olduğu halda, 2023-cü ildə bu rəqəm 505 milyon manata kimi yüksəlib.

2023-cü ildə həyatın yaşam sığortası üzrə ödənişlər isə 21% artaraq 292,6 milyon manata bərabər olub. 2022-ci ildə bu sığorta növü üzrə ödənişlər 242,1 milyon manat təşkil etmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasının 93%-ni, ümumi sığorta bazarının isə 41,3%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanda həyatın yaşam sığortasına daha çox iri şirkətlərdə, maliyyə və bank sektorunda çalışanlar daha çox yatırım edir.

Related posts

AMB ADIF-ə kredit qoyuluşunun qalığını 35 % azaldıb

AMB işçilərinə çəkdiyi xərci 25 %, verdiyi kreditləri 10% artırıb

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 23 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı