Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sosial ödənişlər artıb: 965 min şəxsə 561 milyon manat ödənilib - BBN

Azərbaycanda sosial ödənişlər artıb: 965 min şəxsə 561 milyon manat ödənilib

Bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə ümumilikdə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında bildirilir.

Məlumata əsasən, ödənişlərin 318 milyon manatı 495 min nəfərə müavinət, 204 milyon manatı 408 min nəfərə Prezident təqaüdü, 39 milyon manatı isə 62 min nəfərə sosial sığorta hesabına müavinət kimi verilib.

Qeyd edilib ki, ödənilən vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə müavinətlər üzrə 16 %, Prezident təqaüdləri üzrə 17 %, sosial sığorta hesabına müavinətlər üzrə isə 2 % artıb.

Bundan əlavə, yanvar-mart aylarında daha 38 min təyinat həyata keçirilib. Ümumilikdə isə 2019-cu ildən etibarən sosial ödənişlərin elektron təyinatına başlanmasından sonra 917 min müavinət və təqaüd e-sistem üzərindən proaktiv qaydada təyin olunub.

Related posts

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

BSTDB Azərbaycana ayırdığı vəsaiti 701,6 milyon avroya çatdırıb

Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı