Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda startaplara investisiya üçün yeni maliyyə alətləri rəsmiləşdirilib - BBN

Azərbaycanda startaplara investisiya üçün yeni maliyyə alətləri rəsmiləşdirilib

Azərbaycanda startapların maliyyələşdirilməsi və investorların hüquqlarının qorunması istiqamətində yeni hüquqi mexanizmlər formalaşdırılıb.

BBN.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Korporativ hüquq şöbəsinin müdiri Türkan Hacıyeva “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda keçirilən sessiyada deyib.

Onun sözlərinə görə, vençur fondlarının startaplara investisiya yatırması üçün SAFE (Simple Agreement for Future Equity) və konvertasiya olunan qiymətli kağızlar kimi çevik maliyyə alətlərinin hüquqi bazası yaradılıb.

T.Hacıyeva bildirib ki, SAFE mexanizmi xüsusilə ilkin inkişaf mərhələsində olan və hələ səhmləri və ya payları formalaşmayan startaplara investisiya qoyuluşunu asanlaşdırır. Bu mexanizm investorun yatırdığı vəsait müqabilində gələcəkdə müəyyən şərtlər baş verdikdə səhm və digər əmlak hüquqları əldə etməsinə imkan verir.

Məsələn, startap müəyyən inkişaf mərhələsinə çatdıqda və ya məhsulunu kommersiyalaşdırdıqda, investorun gələcəkdə əldə edəcəyi hüquqlar əvvəlcədən müqavilə ilə müəyyənləşdirilə bilər.

Şöbə müdiri qeyd edib ki, əvvəlki qanunvericilikdə bu cür investisiya münasibətlərinin tənzimlənməsi üçün kifayət qədər aydın mexanizmlər mövcud olmayıb. Yeni dəyişikliklərin əsas məqsədi isə investorun yatırdığı vəsait qarşılığında hansı hüquqlara malik olduğunu və bu hüquqların necə qorunduğunu dəqiqləşdirməkdir.

Yeni hüquqi çərçivə çərçivəsində korporativ müqavilə, investorlarla səhmdarlar arasındakı münasibətləri tənzimləyən xüsusi əqdlər və emissiya hüquqları ilə bağlı yeni institutlar da formalaşdırılıb.

T.Hacıyeva vençur fondlarının fəaliyyəti üçün iki fərqli rejimin müəyyənləşdirildiyini də bildirib. Bunlar azad hesabatlı vençur fəaliyyəti və lisenziyalaşdırılan vençur fəaliyyətidir.

Azad hesabatlı vençur fondları üçün lisenziya tələbi nəzərdə tutulmur və onlar sadələşdirilmiş qaydada fəaliyyətə başlaya bilərlər. Bununla belə, bu fondlar tamamilə nəzarətsiz hesab edilmir. Onlardan ildə bir dəfə kənar auditor cəlb etmələri və audit nəticələrini müvafiq quruma təqdim etmələri tələb olunur.

Lisenziyalı fondlar isə Azərbaycan Mərkəzi Bankına müraciət etməklə fəaliyyət göstərə və daha geniş hesabatlılıq, identifikasiya və prudensial tələblərə tabe ola bilərlər.

Qeyd olunub ki, innovativ layihələr yüksək riskli investisiya alətləri olduğundan investorların mümkün risklər barədə əvvəlcədən məlumatlandırılması yeni sistemin əsas tələblərindən biridir.

Related posts

“Apple”da rəhbərlik dəyişikliyi: Tim Kukun yerinə Con Ternus gəlir

FTC və 22 ştat “Amazon”u 20 milyard dollarlıq gizli ödənişlərdə ittiham edir

Nvidia-nın gəliri 96,2 milyard dollara çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı