Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda startapların maliyyələşdirilməsi üçün yeni imkanlar yaradılır - BBN

Azərbaycanda startapların maliyyələşdirilməsi üçün yeni imkanlar yaradılır

Azərbaycanda vençur kapitalı və startapların maliyyələşdirilməsi sahəsində aparılan islahatlar innovativ şirkətlər üçün yeni maliyyə imkanları yaradır.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov sentyabrın 2-də Bakıda keçirilən “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu zamanı deyib.

Onun sözlərinə görə, son dövrdə vençur kapitalı və startapların maliyyələşdirilməsi üzrə müasir hüquqi çərçivə formalaşdırılıb. Yeni çərçivə vençur fondları, peşəkar və akkreditə olunmuş investorlar, konvertasiya olunan notlar, SAFE sazişləri və əməkdaşların səhm mülkiyyət planları kimi maliyyə mexanizmlərini əhatə edir.

F. Osmanov həmçinin “Kraudfandinq haqqında” Qanunun qəbul edilməsinin startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün alternativ maliyyə mənbələrinə hüquqi əsas yaratdığını bildirib.

İRİA sədri qeyd edib ki, həyata keçirilən islahatların əsas məqsədi sahibkarların maliyyələşmə imkanlarını genişləndirmək, investorların etimadını artırmaq və Azərbaycanın innovasiya ekosistemini yerli və beynəlxalq kapital üçün daha cəlbedici etməkdir.

Mənbə: AZƏRTAC

Related posts

Qlobal istiqraz bazarında satış dərinləşir – gəlirlilik çoxillik maksimumlara yüksəlib

IMF: AI investisiyaları qlobal iqtisadi artımı dəstəkləyən əsas amillərdən birinə çevrilib

Yaponiya istiqrazlarının gəlirliliyi 30 ilin maksimumuna yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı