Azərbaycanda telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri”, o cümlədən AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartlarını qəbul edib.

BBN.az xəbər verir ki, bu barədə  Agentlikdən bildirilib.

Bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.

Qeyd: AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri” və AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyələri əsasında hazırlanıb.

Related posts

“AmCham”: Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir

Azərbaycan “Al-Hidayah Group”la İslam bankçılığının inkişafını müzakirə edib

Bu ilin yanvar-noyabr ayları ərzində 328.061 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı