Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu ilin yanvar-noyabr ayları ərzində 328.061 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb - BBN

Bu ilin yanvar-noyabr ayları ərzində 328.061 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 328.061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 63.891-i (19,5 %) ilkin, 264.170-i (80,5 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2025-ci ilin yanvar-noyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 64.366, mənzil – 85.424, torpaq sahəsi – 166.494, qeyri-yaşayış binası – 2.832, qeyri-yaşayış sahəsi – 8.172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91.917-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-noyabr ayları ərzində 235.713 texniki pasport tərtib edilib, 56.948 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Related posts

“Banklararası Boulinq Çempionatı-2026” keçirilib

Azərbaycanın İranla ticarət dövriyyəsi 8 %-ə yaxın artıb

Cavid Mirzəyev: Mərkəzi Bankın yeni qərarı bankın kredit portfelinə təsir etməyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı