Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda turizmin qeyri-neft-qaz iqtisadiyyatındakı payı 2030-cu ilə qədər 9,2 %-ə çatacaq - BBN

Azərbaycanda turizmin qeyri-neft-qaz iqtisadiyyatındakı payı 2030-cu ilə qədər 9,2 %-ə çatacaq

2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun qeyri-neft-qaz iqtisadiyyatında payının 9,2 %-ə çatdırılması hədəflənir.

Bu barədə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə məlumat verib.

Proqnozlaşdırılan ÜDM istehsalı (milyard manat / % qeyri-neft-qaz ÜDM)

  • 2026: 7,7 milyard manat (8 %)

  • 2027: 8,5 milyard manat (8,2 %)

  • 2028: 9,5 milyard manat (8,3 %)

  • 2029: 10,6 milyard manat (8,7 %)

  • 2030: 11,8 milyard manat (9,2 %)

G. Bayramovanın sözlərinə görə, bu hədəflər turizm sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası istiqamətində strateji planlaşdırmanın nəticəsidir.

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı