Azərbaycanda vergi ödəyicilərinin sayı 5% artıb

Bu il martın 1-nə Azərbaycanda 1 420 834 vergi ödəyicisi olub ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.

Məlumata görə, vergi ödəyicilərinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxs və digər təşkilatlardır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 4,4% və 9,9% çoxdur.

Fevralın sonuna dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 90,2%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,4%-i səhmdar cəmiyyəti (SC), 1,1%-i kooperativ və s. formalarda yaradılıb.

Hesabat tarixinə vergi ödəyicilərinin 62,5%-i aktiv kommersiya qurumları olub. Son 1 ildə onların sayı 14,7% artıb. O cümlədən aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında 27% artım qeydə alınıb.

Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,7% artıb.

Yanvar-fevral aylarında kommersiya qurumlarının 82,5%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1% təşkil edib.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,6%-i yerli investisiyalı, 12,4%-i xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 341 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,3%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,6% olub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı