Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda yaşlı nəsil hələ də banklara etibar etmir — AzFina sədri - BBN

Azərbaycanda yaşlı nəsil hələ də banklara etibar etmir — AzFina sədri

Azərbaycanda yaşlı nəsil banklara qarşı etibarını hələ də tam bərpa edə bilməyib.

Bu barədə Azərbaycan Fintex Assosiasiyası (“AzFina”) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev AMCHAM-ın təşkil etdiyi “Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik” tədbirində danışarkən bildirib. O, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun ölkədə təxminən 10 milyard ABŞ dolları vəsaitin “yastıq altında” olması ilə bağlı fikirlərinə münasibət bildirib.

E. Abdullayevin sözlərinə görə, hazırda banklar və digər maliyyə institutları əhalinin əlində olan vəsaitlərin toplanılması üçün kifayət qədər effektiv alətlərə malik deyillər:
“Maliyyə inklüzivliyi ilə bağlı ən böyük problem pulun böyük hissəsinin nağd formada olmasıdır. Təxminən 17 milyard manat vəsait insanların evlərində, marketlərin kassalarında və digər yerlərdə nağd saxlanılır. Bu o deməkdir ki, banklar və mövcud maliyyə institutları insanları investisiyaya cəlb edə və bu vəsaitləri effektiv şəkildə toplaya bilmirlər.”

O vurğulayıb ki, bazarda 6-7 milyard manat nağd pulun olması təbii ehtiyacdır, lakin qalan 10-11 milyard manatın dövriyyədən toplanması zəruridir:
“Bu məsələdə ən əsas tətikləyici amillərdən biri etimaddır. İnsanlarımızın 30 il əvvəl “Vahid Bank” və buna bənzər neqativ təcrübələri var. Buna görə də yaşlı nəsil hələ də banklara tam etibar etmir.”

Beləliklə, maliyyə sistemində etibarın bərpası və nağd pulun dövriyyəyə qaytarılması üçün əlavə tədbirlər görülməlidir.

Related posts

Azərbaycanda nağd dollar satışı azalıb

ING Group Azərbaycanda inflyasiya üzrə proqnozlarını yeniləyib

PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı