Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda yeni BOKT yaradılıb - BBN

Azərbaycanda yeni BOKT yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Hermes” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

BBN.az xəbər verir ki, yeni kredit təşkilatı təsisçisi – “Hermes Finance” ASC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 1 milyon manat, qanuni təmsilçisi isə Həmid Mövsüm oğlu Mirzəyevdir.

O, həm də “Hermes Finance”ı direktorudur və həmin şirkətdə 10 % pay sahibidir. Səhmlərin qalan hissəsi Nuranə Mehrəliyeva-Rzayevaya (45 %) və Kamran Quliyevə (45 %) məxsusdur.

Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb, lizinq fəaliyyəti ilə məşğul olan “Caspian Auto İmport” ASC-də 66,67 %, “Level Leasing” MMC-də isə 38 % pay sahibidir.

“Hermes” BOKT-un yaradılması barədə qərar “Hermes Finance”ın səhmdarlarının iyunun 9-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.

Hazırda ölkədə 52 lisenziyalı BOKT var.

Related posts

Bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək

ADB: Azərbaycan yuxarı orta gəlirli ölkələr arasında maliyyədən ən səmərəli istifadə edənlərdəndir

Azərbaycana turist axını 11 % azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı