Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda yeni üzüm sortlarının təqdimatı keçiriləcək - BBN

Azərbaycanda yeni üzüm sortlarının təqdimatı keçiriləcək

Oktyabrın 11-də Bakıda “Grapa Varieties” şirkətinin yeni süfrə üzüm sortlarının təqdimatı keçiriləcək.

Təqdim olunacaq xəstəliklərə davamlı, çəyirdəksiz, tez və gec yetişən ağ və qara üzüm sortlarına dünya bazarında çox yüksək tələbat var. Tədbirdə bu sortlardan ibarət salınan bağların bazar üstünlükləri, yetişdirmə xüsusiyyətləri haqqında şirkət nümayəndələri tərəfindən geniş məlumat veriləcək.

Təqdimat mərasimində 10 üzüm sortu üzrə məhsulların dequstasiyasının keçirilməsi nəzərdə tutulur.

Tədbir oktyabrın 11-də saat 09.30-da JW Marriot Absheron Baku Hoteldə keçiriləcək.

Yeni üzüm sortları ilə tanış olmaq istəyən fermerlər qeydiyyat üçün 0507699316 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Related posts

ADB Yaxın Şərqdəki münaqişənin Qafqaz və Mərkəzi Asiyaya yaratdığı risklər barədə xəbərdarlıq edib

Qlobal bazarlarda “geosiyasi şok”: Fond birjaları gərginlik fonunda geriləyir!

ORTALIQ QARIŞDI: İran Gərginliyi Asiya Bazarlarını Vurdu, Avstraliyada Faiz Həyəcanı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı