Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri 2025-ci ilin yanvar-iyul aylarında ümumilikdə 529,3 mln. manat həcmində sığorta ödənişi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% çoxdur.
Hesabat dövründə ən çox ödəniş həyata keçirən şirkət 328,5 mln. manatla “PAŞA Life Insurance” olub. Daha sonra 77,9 mln. manatla “PAŞA Insurance” və 38,8 mln. manatla “Atəşgah Life Insurance” qərarlaşıb.
Siyahının son üçlüyündə isə müvafiq olaraq 3,1 mln. manatla “Atainsurance”, 3,0 mln. manatla “Mega Life Insurance” və 2,0 mln. manatla “Gala Life Insurance” yer alıb.
Ən az ödəniş həyata keçirən şirkət isə 62 min manatla “Silkway Insurance” olub.