Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ABŞ-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 9 ayda fiziki şəxslər tərəfindən ABŞ-yə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 715 min dollar və ya 23,8% daha çox pul köçürülüb.

Bununla da ABŞ-yə köçürmələrin ümumi həcmi 55 milyon 706 min dollara çatıb. 2024-cü ilin ilk 9 ayında bu göstərici 44 milyon 991 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (28,9% payla) Türkiyə olub.

Related posts

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib

Azərbaycan–Türkiyə arasında ixrac prosedurlarında dəyişiklik edilir

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı