Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ildə ABŞ-yə 76 milyon 397 min dollar pul baratları göndərilib.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 15 milyon 972 min dollar və ya 26,4% çoxdur. 2024-cü ildə bu məbləğ 60 milyon 425 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il Azərbaycandan ABŞ-yə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 15,1% təşkil edib.