Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda dövlət müəssisələrinin yaradılmasına nəzarət gücləndiriləcək - BBN

Azərbaycanda dövlət müəssisələrinin yaradılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda dövlət müəssisələrinin yaradılması və onların fəaliyyəti üzərində rəqabət baxımından nəzarətin gücləndirilməsi ilə bağlı yeni addımlar planlaşdırılır.

BBN.az xəbər verir ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Bazar rəqabəti” indikatoru üzrə 2026-cı il üçün hazırlanmış Yol Xəritəsində əks olunub.

Sənədə əsasən, dövlət müəssisələrinin təşkili və bazarda təmərküzləşmələrə nəzarətlə bağlı mövcud qiymətləndirmə mexanizmlərinin işləmə praktikası və boşluqları diaqnostik təhlildən keçiriləcək.

Gələcəkdə dövlət müəssisələrinin yaradılması rəqabət orqanı tərəfindən qiymətləndiriləcək. Bu prosesdə həmin qurumların bazarda sağlam rəqabəti pozub-pozmadığı və ya rəqabət baxımından neytral olub-olmadığı araşdırılacaq.

Eyni zamanda, qanunvericilikdə dəyişikliklərlə bağlı təkmilləşdirilmiş təkliflərin hazırlanaraq aidiyyəti orqanlara təqdim edilməsi də nəzərdə tutulur. Bu tədbirlərin 1 sentyabr 2026-cı ilədək icra olunması planlaşdırılır.

Bundan əlavə, dövlət müəssisələri yaradılarkən və fəaliyyətləri boyunca rəqabəti məhdudlaşdıra biləcək təsirlərin qarşısını almaq üçün müvafiq yoxlamalar aparılacaq.

Bu tədbirlərin icrasını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Ədliyyə Nazirliyi təmin edəcək.

Related posts

“Azərpoçt”a yeni sədr təyin olundu, əvvəlki rəhbər vəzifədən ayrıldı

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

ABB-nin AI-nur və AI-khanı – 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı