Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycandan neft və qaz ixracından gəlirlər azalıb - BBN

Azərbaycandan neft və qaz ixracından gəlirlər azalıb

2026-cı ilin yanvar ayında Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların ümumi statistik dəyəri 1 milyard 967 milyon ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, bu məbləğin 1 milyard 238 milyon dolları xam neftin, 687 milyon 506 min dolları isə təbii qazın payına düşüb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvarında Azərbaycandan ümumilikdə 2 milyard 793 milyon ABŞ dolları dəyərində neft-qaz sektoru məhsulları ixrac olunub. Həmin dövrdə 1 milyard 903 milyon dollarlıq xam neft, 870 milyon 83 min dollarlıq isə təbii qaz xaricə satılıb.

Beləliklə, illik müqayisədə xam neft ixracından əldə olunan gəlirlər 35 %, təbii qaz ixracından əldə olunan gəlirlər isə 21 % azalıb.

Related posts

Yaxın Şərqdə risk artır – Neft yenidən 70 dollara yaxınlaşır

ABŞ Venesuelada neft və qaz hasilatına yaşıl işıq yandırdı – İstehsal 20% arta bilər!

Asiya bazarlarında yüksəliş – Yaponiyada siyasi sabitlik və FED gözləntiləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı