Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın 24 ton qızıl ixracı ilə bağlı Rusiya iddiasına aydınlıq gətirilib - BBN

Azərbaycanın 24 ton qızıl ixracı ilə bağlı Rusiya iddiasına aydınlıq gətirilib

Rusiyalı iqtisadi şərhçi Vyaçeslav Şiryayev “DW на русском” platformasında Azərbaycanın sanksiyaya məruz qalmış Rusiya qızılının Qərbə çıxarılmasında vasitəçi rol oynadığını iddia edib.

BBN.az xəbər verir ki, Şiryayev iddiasını Azərbaycanın illik qızıl hasilatının təxminən 3 ton, 2026-cı ilin ilk yarısında qızıl ixracının isə 24,2 ton olması ilə əsaslandırıb.

Lakin bu iki göstəricinin müqayisəsi Azərbaycanın Rusiyadan qızıl ötürməsi barədə nəticə çıxarmaq üçün kifayət etmir. Çünki ölkənin qızıl aktivləri yalnız cari hasilat hesabına formalaşmır.

Azərbaycanın qızıl ehtiyatları necə artıb?

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildən fiziki qızıla investisiya edir. Həmin dövrdə Fondun investisiya portfelində qızılın payı 5%-dək müəyyən edilmişdi. Bu limit sonrakı illərdə mərhələli şəkildə artırılıb:

  • 2019-cu il: 10%
  • 2022-ci il: 15%
  • 2025-ci il: 25%
  • 2026-cı il: 35%

ARDNF son illərdə qızıl alışlarını da əhəmiyyətli dərəcədə artırıb. Fond 2024-cü ildə 44,8 ton, 2025-ci ildə isə 53,4 ton qızıl alıb.

Nəticədə 2026-cı ilin əvvəlinə Fondun qızıl ehtiyatları 200 tona çatıb. Bu aktivlərin bazar dəyəri isə 28 milyard ABŞ dollarından çox olub.

Beləliklə, Azərbaycanın 2026-cı ilin ilk yarısında 24,2 ton qızıl ixrac etməsini yalnız ölkənin həmin il ərzində hasil etdiyi təxminən 3 ton qızılla müqayisə etmək düzgün deyil. Ölkənin əvvəlki illərdə formalaşdırdığı böyük qızıl ehtiyatları da ixrac imkanlarının qiymətləndirilməsində nəzərə alınmalıdır.

Bu rəqəmlər özlüyündə Azərbaycanın sanksiyaya məruz qalmış Rusiya qızılının Qərbə çıxarılmasında vasitəçi olduğunu təsdiqləmir. Bunun üçün ixrac olunan qızılın mənşəyini, satıcısını, alıcısını və tədarük zəncirini təsdiqləyən ayrıca sübutlar tələb olunur.

Related posts

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Qızılın qiyməti may ayından bəri ilk dəfə 4700 dolları keçib

Qızıl $4 500 səddini aşdı: qiymətlər üçüncü həftədir yüksəlişə gedir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı