Azərbaycanın ABAD-ı “Trendyol”da

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi Orta Şərq və Mərkəzi Avropanın ən böyük onlayn ticarət platforması olan “Trendyol” ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində “Trendyol” platforması biznes ekosisteminə müsbət təsir göstərmək və rəqəmsal inkişafa dəstək olmaq məqsədilə  təcrübəsini ölkəmiz ilə paylaşacaq. Bu istiqamətdə atılan ilk addım isə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) məhsullarının platformaya daxil edilməsi olub. Belə ki, sözügedən platformada ilk Azərbaycan brendi kimi “ABAD”ın mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, qida istehsalçılarının, sənətkarlarının məhsul və əl işləri Türkiyənin hər yerində, hətta digər ölkələrdə müştərilərə çatdırılacaq.

Hazırda pilot xarakter daşıyan bu layihə çərçivəsində kiçik miqdarda “ABAD”çı məhsulları Türkiyəyə ixrac olunub və ixrac həcminin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.

Platformada satışa təqdim olunan məhsullarımız ilə tanış olmaq üçün platformanın axtarış panelinə “ABAD” yazmaq kifayətdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı