Azərbaycanın AZCHEMCO şirkəti İstanbulda “Argus” konfransında öz layihələrini təqdim edib

Bu gün Türkiyənin İstanbul şəhərində “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets”in 5-ci yubiley beynəlxalq konfransı işə başlayıb.

BBN.az-ın məlumatına görə konfransın tərəfdaşları qismində “Quest Group”, “Indorama”, “IK Group”, “Amanat Group”, “Altin Ates Group”, “Uzkimyoimpeks”, “Ferkensco”, “Wondernet Express Investment Group”, “Kazphosphate”, “KazAzot”, “AZCHEMCO”, “ADY Express”, “Everest Energy”, “CIM Banque” və “Integral Group” çıxış ediblər.

Günün ikinci sessiyasında “AZCHEMCO”nun direktoru Ruslan Akçurin öz çıxışında şirkətin suda həll olunan, həmçinin maye gübrələrin və aqrokimyəvi preparatların istehsalı üzrə plan və layihələrini, həmçinin şoran torpaqların bərpası üzrə şirkətin üsul və texnologiyalarını ictimaiyyətə təqdim edib.

Konfransda həmçinin SOCAR, “Dreymoor Fertilizers Overseas”, “KazMunayGas”, KAZPHOSPHATE, SGS və bir çox başqa şirkətlər iştirak edir.

“Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” geniş spektrli əsas gübrə istehsalçılarını, ticarət və nəqliyyat şirkətlərini, infrastruktur sahiblərini, yükgöndərənləri, ixracatçıları, bankları və maliyyə təşkilatlarını, habelə profilli dövlət orqanlarını bir araya gətirən regionda ən böyük beynəlxalq tədbirdir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı