Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb - BBN

Azərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard 561,7 milyon manat təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 9,9 % çoxdur.

Bankların aktivlərinin 26 milyard 010 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 46,1 %-dən 48,6 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,9 % artaraq 46 milyard 748,4 milyon manata, o cümlədən depozit portfeli 8,2 % artaraq 37 milyard 837,0 milyon manata çatıb. Bunun 14 milyard 525,4 milyon manatı fiziki, 23 milyard 311,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 6,2 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 100 % azalıb.

Sektorun balans kapitalı isə 10,1 % artaraq 6 milyard 813,2 milyon manat təşkil edib.

Related posts

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək oldu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı