Azərbaycanın bankçılıq missiyasının ABŞ-nin dövlət rəsmiləri ilə görüşləri davam edir – Foto

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi altında Azərbaycanın bankçılıq missiyasının ABŞ-nin dövlət rəsmiləri ilə görüşləri davam edir.

Bu çərçivədə növbəti görüşlər ABŞ Xəzinədarlıq Departamentinin katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə baş tutub.

Görüşlərdə makroiqtisadi məsələlər və Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirləri ətrafında müzakirələr aparılıb. Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi yer alıb.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı