Azərbaycanın daxili dövlət borcu barədə məlumat açıqlanıb

01 iyul 2023-cü il tarixinə daxili dövlət borcu 4.970,3 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizini təşkil etmişdir. 2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat məbləğində artmışdır. Bu artımın əsas səbəbləri dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici dövlət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi olmuşdur.

Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil etmişdir. Hesabat tarixinə daxili dövlət borcunun 27,5%-i 1 illik, 52,1%-i 2 və 3 illik, 20,4%-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

Related posts

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı