Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub - BBN

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub

Azərbaycanın bu il iyulun 1-nə 16 milyard 571,9 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 280,7 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 291,2 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

BBN.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə hesabat tarixinə dövlət qiymətli kağızlarının 19,5%-i 1 illik, 67%-i 2 və 3 illik, 13,5%-i isə 5 il və daha artıq müddətli olub.

İyunun sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,51 təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Mərkəzi Bank: 10 manatlıq əskinaslar ödəniş terminallarında qəbul edilməlidir

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı