Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb - BBN

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,8%-i elə dollarda olub.

BBN.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə borcun tərkibində avro 6%, yapon yeni 3%, digər valyutalar 0,6%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,6% paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,4%-ni, sabit dərəcə ilə olanlar isə 51,6%-ni təşkil edib.

Xarici dövlət borcunun 42,1%-i 5 ilə qədər olan müddətdə, 49,1%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun 64,2%-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9%-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9%-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.

Xarici dövlət borcunun 25,9%-i avrobondlar üzrə, 35%-i Asiya İnkişaf Bankı üzrə, 16,7%-i Dünya Bankı üzrə, 22,4%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.

Xarici dövlət borcunun 40,6%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 59,4%-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.

Related posts

Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib

Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub

Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı