Azərbaycanın dövlət büdcəsində I rübdə 822 milyon manat profisit yaranıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat, xərcləri isə 8 milyard 412,6 milyon manat təşkil edib.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4% və 28,1% çoxdur.

Son nəticədə büdcədə 821,7 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 52,3% və yaxud 2,1 dəfə azdır.

Related posts

Vergi daxilolmalarının 67,7 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

“S&P” Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb

AMB 2025-ci ilin yanvar ayı üzrə Statistik Bülleteni yayımlayıb