Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6,5 faiz artıb - BBN

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6,5 faiz artıb

2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50,3 milyon manat çoxdur.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467,1 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42,1 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 88,9 milyon manat və ya 6,5 faiz artıb.

Ödənilən vergilərin 71,6 faizi qeyri-neft-qaz sektorunun, 28,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468,0 milyon manat olub. Bu mənbədən daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 24,6 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilin yanvar ayına nisbətən 8,2 faiz artaraq 347,5 milyon manata yaxın təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb və  17,2 milyon manatdan çox olub.  Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,9 faiz artaraq 14,5 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin yanvar ayına nisbətən 1 faiz artıb və 80,2 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 faiz artaraq 62,4 milyon manatdan artıq təşkil edib.

Related posts

Bakıda ödənişli xidmətlərin ümumi dəyəri 9 % artıb

Orta əməkhaqqı 8 %-ə yaxın artıb

Dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı