Koronavirus pandemiyası dövründə müştərilərinin qlobal və regional səviyyədə e-kommersiya xərclərinin hesablanması və e-kommersiya tendensiyasının artım trayektoriyasının müəyyən edilməsi üçün “Covid-19 Commerce Insight” məlumat platforması istifadəyə verilib. Beynəlxalq müştəri platforması “Emarsys” və “GoodData” məlumat analitikası platformasının ortaq tərəfdaşlığı nəticəsində ərsəyə gələn bu platformada 120 ölkənin məlumatları əsasında hazırlanmış qrafik və cədvəllər qeyd edilib.
Platformada qeyd olunan məlumata əsasən, Azərbaycanda 10-17 aprel tarixində həyata keçirilən e-kommersiya tranzaksiyalarının həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 65% çoxdur. Qeyd edək ki, sözügedən göstərici üzrə Türkiyə (+200%), Fransa (83%), Almaniya (42%), ABŞ (66%) kimi bir sıra ölkələrdə artım müşahidə olunub. Ən çox geriləmə isə Vyetnam (-67%), Estoniya (-52%), Polşa (-49%), BƏƏ (-29%) və Rusiyada (-27%) qeydə alınıb.
Aşağıdakı cədvəldə isə, ötən ilin müvafiq dövrünə nisbətdə günlər üzrə e-kommersiya tranzaksiyalarının dinamikasını müşahidə etmək mümkündür:
Tarix | Ötən ilin müvafiq dövrünə nisbətdə dinamikası (%-lə) |
05.01.20 | 147 |
12.01.20 | 160 |
19.01.20 | 51 |
26.01.20 | 166 |
02.02.20 | 154 |
09.02.20 | 45 |
16.02.20 | 31 |
23.02.20 | -64 |
01.03.20 | 34 |
15.03.20 | 2 |
22.03.20 | 99 |
29.03.20 | -20 |
01.04.20 | -23 |
02.04.20 | -30 |
03.04.20 | -30 |
04.04.20 | -31 |
05.04.20 | -33 |
06.04.20 | -17 |
07.04.20 | 14 |
08.04.20 | 24 |
09.04.20 | 22 |
10.04.20 | 35 |
11.04.20 | 45 |
12.04.20 | 65 |
13.04.20 | 70 |
14.04.20 | 70 |