Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar 1,9 dəfə artıb - BBN

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar 1,9 dəfə artıb

stack of one hundred dollars notes on dollars background

Azərbaycanın bu ilin yanvar–sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 105,2 milyon ABŞ dolları təşkil edib. Bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti açıqlayıb.

2024-cü ilin eyni dövründə bu göstərici 55,2 milyon dollar olub. Beləliklə, Azərbaycan 2025-ci ildə Gürcüstan iqtisadiyyatına investisiyalarını 1,9 dəfə artırıb.

Təkcə üçüncü rübdə Azərbaycandan Gürcüstana birbaşa xarici investisiyaların həcmi 56,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin iyul–sentyabr dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycan 8,3 % payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran dördüncü böyük investor olub.

Ümumilikdə, Gürcüstan iqtisadiyyatına 2025-ci ilin ilk doqquz ayında 1 milyard 296,9 milyon dollar xarici investisiya cəlb edilib. Bu da illik müqayisədə 11 % artım deməkdir.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 83,9 milyon dollar səviyyəsində olub.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

Son 1 ildə Azərbaycanda pul bazası 15% artıb

AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı