Azərbaycanın ICIEC-yə üzvlüyü müzakirə edilib

Azərbaycanın İqtisadiyyat Nazirliyi və İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası (ICIEC) biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsini, ticarətin və investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılmasını müzakirə edib.

BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru Usama Kaysi ilə görüşdük. Ölkəmizin ICIEC-ə üzvlüyü və ikitərəfli əməkdaşlıq çərçivəsində gündəlikdə olan məsələləri nəzərdən keçirdik”, – nazir qeyd edib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı