Azərbaycanın ionlaşdırıcı şüalanma sahəsində yeni ölçmə imkanları beynəlxalq səviyyədə təsdiqləndi

AzMİ-nin ionlaşdırıcı şüalanma sahəsində dərc olunmuş CMC sətirləri kalibrlənmə və
ölçmələri yerinə yetirmək üçün müvafiq laboratoriyaların yüksək səviyyəli texniki
səriştəsini və ölçmələrin dəqiqlik səviyyəsini əks etdirir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) ionlaşdırıcı şüalanma
sahəsi üzrə 3 sətir ölçmə və kalibrlənmə imkanı (CMC) “Çəkilər və Ölçülər üzrə
Beynəlxalq Büro” (Bureau International des Poids et Mesures, BIPM) tərəfindən
təsdiqlənib. ( https://bitly.cx/HRDNR )
CMC sətirləri əldə etməklə milli metrologiya qurumları ölçmələrinin dəqiq, etibarlı və
beynəlxalq standartlara uyğun izlənilməsini, həyata keçirilən ölçmə və kalibrlənmə
proseslərinin beynəlxalq səviyyədə tanınmasını və qəbul edilməsini təmin edir. CMC
sətirləri beynəlxalq ticarət, keyfiyyətli əməkdaşlıq və davamlı inkişaf üçün əsas
vasitələrdən biri olmaqla laboratoriyaların etibarlılığını, təhlükəsizliyini və
rəqabətədavamlılığını artırır.
BİPM saytında dərc olunmuş CMC sətirlər kalibrlənmə və ölçmələri yerinə yetirmək
üçün laboratoriyanın yüksək səviyyəli texniki səriştəsini və ölçmələrin dəqiqlik
səviyyəsini əks etdirir.
Nəticə etibarilə İnstitutun ölkə ərazisində müvafiq sahələr üzrə yüksək dəqiqliklə
ölçmələr yerinə yetirmək qabiliyyəti hazırda BİPM saytında dərc olunmuş CMC sətirlər
vasitəsilə nümayiş olunmaqdadır.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı