Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir

20 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ümumdünya Radiorabitə Konfransı öz işinə başlayıb.

Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi, Azərkosmos və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin mütəxəssisləri təmsil edirlər.

Konfransda gündəliyə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərə baxılaraq təsdiq ediləcək.

Həmçinin tədbir çərçivəsində Azərbaycanın milli maraqlarının qorunması və müvafiq razılaşmaların əldə edilməsi üçün aidiyyəti ölkələrin rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Konfrans öz işini dekabrın 15-dək davam etdirəcək.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı