​Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclasında BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Nadir Adilov komitənin üzvü seçilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır.

18 üzvdən ibarət olan Komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv seçilir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı