Azərbaycanın qeyri-neft ixracı 10,6% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,4 mlrd. ABŞ dollarından çox olub.

BBN.az-ın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə bu ilin ilk doqquz ayında Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2 434,32 mln. ABŞ dolları təşkil edib.

Bildirilib ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 10,6% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq, 3 047,67 mln. ABŞ dollarına bəarəbər olub.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı