Azərbaycanın qeyri-neft ixracı 17,8% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 006,9 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8% çoxdur.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən BBN.az-a verilən məlumata görə təkcə bu ilin iyul ayında Azərbaycandan 233,55 mln. ABŞ dollarlından çox qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,5% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 12,3% artaraq 3 mlrd. ABŞ dollarını ötüb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı