Azərbaycanın qeyri neft-qaz iqtisadiyyatna investisiya qoyuluşu 8 % artıb

Bu ilin yanvar–avqust aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 11 milyard 374,5 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % azalıb.

BBN.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırımlar 16,6 % azalıb, qeyri-neft-qaz sektoruna isə əksinə 8 % artım qeydə alınıb.

İstifadə olunan investisiyaların bölgüsü belə olub:

  • 5 milyard 800,2 milyon manat (51 %) — məhsul istehsalı sahələri

  • 3 milyard 819,9 milyon manat (33,6 %) — xidmət sahələri

  • 1 milyard 754,4 milyon manat (15,4 %) — yaşayış evlərinin tikintisi

Bundan əlavə, əsas kapitala yönəldilmiş investisiyaların 8 milyard 752,8 milyon manatı (77 %) daxili investisiyaların payına düşüb. Yatırımların əsas hissəsi — 8 milyard 985,9 milyon manat (79 %) isə tikinti-quraşdırma işlərinə sərf olunub.

Related posts

350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

İqtisadiyyat naziri Vyetnamın “VinFast” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Kredit Bürosu ad gününü qeyd edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı