Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub - BBN

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə İqtisadi təhlil və analitik- informasiya departamentinin baş analitiki Məsumə Talıbova Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Məsumə Talıbova İİTKM-də 2016- cı ildən bəri fəaliyyət göstərir. O bu günə qədər İİTKM-də mütəxəssis, analitik, baş analitik vəzifələrində çalışıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində də iş təcrübəsində malikdir.

M.Talıbova Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, Beynəlxalq Maliyyə üzrə magistr məzunudur. Hazırda Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində maliyyə sahəsi üzrə doktorantura təhsilini davam etdirir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı